Cəmiyyət

Xocalıda yük maşını aşdı: Xəsarət alanlar var

Sharing is caring!

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə etdiyi “Mercedes-Benz” markalı betontökən avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişini, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdiriliblər, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir