Cəmiyyət

Sumqayıtda halı pisləşən sürücü qəza törətdi: Ölən və yaralanan var

Sharing is caring!

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Trend” xəbər verir ki, Oktay Mikayılzadə idarə etdiyi “Hyundai Terracan” markalı avtomobillə hərəkətdə olarkən halı pisləşib.

Sürücü avtomobilin qaz pedalını sıxaraq qarşıda tıxacda dayanmış Rəşad Mustafazadənin idarə etdiyi “Mercedes-Benz C 240” markalı avtomobillə toqquşub.

Nəticədə O.Mikayılzadə hadisə yerində ölüb, arvadı Xoşqədəm Əfəndizadə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir