Cəmiyyət

Nazir müşaviri: “Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bir sıra yeniliklər olacaq”

Sharing is caring!

“Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir sıra yeniliklər olacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, media orqanlarında mütəmadi olaraq elm və təhsillə bağlı müxtəlif – pozitiv və neqativ məsələlər dərc olunur:

“Bir sıra hallarda bu kimi xəbərlərin dərc olunması yaxşıdır. Çünki təhlillər apara bilirik. Sosial media da son zamanlar aktivləşib. Ona görə də baş verəcək böhranların idarə olunması mühüm məsələdir”.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarını Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir