Dünya

Kiyevdə partlayış səsləri: 10 İran dronu məhv edildi

Sharing is caring!

Səhər saatlarından Ukraynanın üç regionunda – Kiyev, Jitomir və Vinnitsada hava xəbərdarlığı elan edilib.

Tezliklə Kiyev vilayətində (xüsusən də Kiyevin kənarında və paytaxtın özündə) partlayışların eşidildiyi barədə xəbərlər yayılmağa başlayıb.

Daha sonra Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba hava hücumundan müdafiə sisteminin işlədiyini təsdiqləyib:

“Kiyev vilayəti, səhər saatlarında. Hava hücumundan müdafiə işləyir”.

Kuleba vurğulayıb ki, hazırda sığınacaqlarda və təhlükəsiz yerlərdə olmaq vacibdir.

Hər üç ərazidə həyəcan siqnalı davam edir.

Paytaxt meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenkovsk rayonunda partlayış baş verib. 

Kliçko bildirib ki, rusların istifadə etdikləri İran kamikadze-dronlarının xeyli hissəsi artıq vurulub:

“Kiyev vilayətində və paytaxt üzərində hava hücumundan müdafiə ümumilikdə 10 “Şahed” dronunu vurub”.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir