Cəmiyyət

Fiziki məhdudiyyətli qadınlarla bağlı fəaliyyət planı hazırlanır

Sharing is caring!

Fiziki məhdudiyyətli qadınlarla bağlı fəaliyyat planı hazırlanır.

“Report”un məlumatına görə, yoxsul ailələrdən, o cümlədən, məcburi köçkün fiziki məhdudiyyətli qadınlar və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ilk dəyirmi masa keçirilib.

Toplantıda müxtəlif dövlət, qeyri-hökümət və biznes təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dəyirmi masada fiziki məhdudiyyətli olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi, zorakılıq hallarının azaldılması və qarşısının alınması, onlar üçün ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işlər müzakirə edilib.

Müzakirələr bu sahədə yerli fəaliyyət proqramının hazırlanmasını da əhatə edib. Eyni zamanda müvafiq ekspertlərin iştirakı ilə dövlət və digər qurumların nümayəndələrindən ibarət Koordinasiya Şurası da yaradılıb. Məqsəd layihənin əsas benefisiarları olan fiziki məhdudiyyətli  olan qadın və qızların ictimai dövlət xidmətlərinə çıxışının asanlaşdırılması üçün birgə fəaliyyətlərin müəyyən edilməsi, koordinasiyası və icra edilməsidir.

Qeyd edək ki, layihə Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən icra olunur. Layihənin tərəfdaşı “Ümid Yeri” Xeyriyyə Cəmiyyətidir. Növbəti dəyirmi masanın Quba şəhərində keçirilməsi planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir