Dünya

ABŞ hərbi təyyarələri Ukrayna yaxınlığında görünüb

Sharing is caring!

ABŞ-ın “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin “F/A-18E Super Hornet” qırıcı-bombardmançı təyyarələri Rumıniya səmasında təlim uçuşları həyata keçirib.

Uçuşlar NATO-nun “Neptun Strike” təlimləri çərçivəsində baş tutub. Bu təlimlərə Rumıniyada müvəqqəti yerləşdirilmiş Kanadanın “CF-18 Hornet”s qırıcıları da cəlb edilib.

Qeyd edək ki, Şərqi Aralıq dənizində yerləşən “Corc Buş” nüvə təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu Balkanlar yaxınlığında fəaliyyət göstərir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir