Cəmiyyət

Laçın və Kəlbəcərdə hərbçilərimiz üçün minlərlə kilometr yolu qar örtüyündən təmizlədilər – VİDEO

Sharing is caring!

Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bu günədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir