Dünya

Moskva sakini təqaüdçünün cəsədini altı ay eyvanda saxlayıb

Sharing is caring!

45 yaşlı Moskva sakini 88 yaşlı təqaüdçünün cəsədini təxminən 6 aya yaxındır ki, Anqarskaya küçəsindəki mənzilin eyvanında saxlayıb.

Məlumata görə, kişi on ilə yaxındır ki, mərhumla bir yerdə yaşayıb. Təxminən 5 ay əvvəl qadın vəfat edib. Kişi onun meyitini eyvana apararaq xalçaya büküb və bağlamaya qoyub.

Cəsəd bütün bu müddət ərzində orada qalıb.

Müstəntiqlər cəsəd üzərində zorakılıq izləri aşkar etməyiblər. Meyiti gizlədən şəxs həbs edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını öyrənir, məhkəmə-tibb ekspertləri isə yaşlı qadının ölümünün dəqiq səbəbini müəyyənləşdirirlər.

Mənbə: moslenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir