Cəmiyyət

Həyat qurtaran canlılar necə təlim keçir? – VİDEO

Sharing is caring!

Türkiyənin 10 əyalətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların axtarış-xilasetmə işlərində müxtəlif ölkələrdən gələn xilasedicilərlə yanaşı, xüsusi təlim görmüş itlər mühüm rol oynayırlar. Onların bəziləri hətta insanları qurtararkən özləri həlak olurlar.

Xilasetmə işlərinə kömək məqsədilə Azərbaycandan Türkiyəyə FHN-in çevik xilasetmə qüvvələri ilə yanaşı, 8 xüsusi təlim görmüş it də göndərilib.

Bəs bu canlılara necə təlim keçilir və onlar insanları necə xilas edirlər?

Təlimçi kinoloq Ağamehdi Hüseynlinin sözlərinə görə, itlərin hər dildə komanda almaq qabiliyyəti var.

“Qaz partlayışı nəticəsində ev uçmuşdu. İtin reaksiya verdiyi yerdən qadın cəsədi və uşağı tez bir şəkildə aşkar edib, dağıntılar altından çıxardıq”, – deyə kinoloq qeyd edib.

A.Hüseynli onu da bildirib, cəsəd axtaran itlərin yetişdirilməsi partlayıcı maddə axtaran itlərin təlim müddətindən az olur.

“İnsan, cəsəd axtarışında ov itlərindən, Labradorlardan, Spaniellərdən istifadə edirik”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir