Cəmiyyət

Doqquz yaşlı Gülnarə böyrək çatışmazlığından əziyyət çəkir: Yardıma ehtiyacımız var – FOTO

Sharing is caring!

Doqquz yaşlı Gülnarənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əsədova Leyla məlumat verib.

O bildirib ki, övladı bir ildir böyrək çatışmazlığından əziyyət çəkir. 

“Bir il əvvəl həkim müayinəsinə gedərkən qızımın böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicəsinə başladıq. Bu müddət ərzində iki dəfə Türkiyədə müalicə alıb. Müalicədən sonra vəziyyəti yaxşılaşır, ağrıları azalır. Həkiminin dediyinə görə, hələ ki, böyrək nəqli əməliyyatına ehtiyac yoxdur” 

Leyla Əsədova bildirib ki, övladının müalicəsi üçün dəstəyə ehtiyacı var.

“Qızımın bir kurs müalicəsi üçün 3 000 manata ehtiyac var. İnanın bu günə qədər özümüz dəfələrlə müalicə etdirmişik. Amma hazırda imkanımız çatmır. Evdə tək yoldaşım işləyir, o da kuryer. Qazandığı ilə özümüzü güclə dolandırırıq. İmkanlı şəxslərdən mənim qızımın müalicəsi üçün kömək etmələrini xahiş edirəm”

Ailə ilə əlaqə: 077 358 80 38

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir