Cəmiyyət

Bakıda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb

Sharing is caring!

Bakıda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə ötən gün Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Nasibov Kamran Nəsib oğlu idarə etdiyi QAZ-33021 markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən piyada 1971-ci il təvəllüdlü Ramazanov Maksut Ziyəddin oğlunu vurub, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir