Cəmiyyət

Lənkəranda avtomobil hasarı aşırıb – FOTO

Sharing is caring!

Lənkəranda yaxın qohumlar qəzaya uğrayıblar.

APA-nın məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəşad oğlu Tağızadənin idarə etdiyi “Chevrolet” markalı 90-OA-661 dövlət qeydiyyat nişanlı avtomobil, Lənkəran istiqamətində hərəktdə olarkən Virulçayin üstündə yerləşən körpüdə idarəetməni itirərək, əvvəl dəmir çəpərə çırpılıb, sonra isə mişar dasindan hörülən hasarı aşıraraq Viravul kənd sakini Rasət Babayevə məxsus həyətə girib.

Avtomobilin sürücüsü və sərnişin qismində olan Lənkəran şəhər sakini 1977-ci il təvəllüdlü Rəvanə Əbdüləziz qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Ilkin ehtimala görə qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir