Cəmiyyət

Ülviyyə Hacıyeva: “İnsanlar aclıqdan, susuzluqdan, soyuqdan öldülər”

Sharing is caring!

“İnsanlar dağıntı ilə yanaşı soyuqdan öldülər”.

Bunu Oxu.Az-a açıqlamasında Türkiyədən təxliyə olunan soydaşımız Ülviyyə Hacıyeva deyib.

Onun sözlərinə görə, ikinci zəlzələ daha şiddətli olub:

“Altı ildir ki, Elbistanda yaşayırıq. Gecə yatdığımız yerdə səsə oyandıq. Uşaqları götürüb, çıxdıq. Soyuqda çöldə gözlədik.

Daha sonra yenidən evə qayıtdıq. Bir neçə saat sonra yenidən şiddətli zəlzələ baş verdi. Anidən, şiddəti güclü oldu. Hər şey dağıldı. Hamı öz canını qurtarmağa çalışırdı. Ayaqyalın qaçdım. Çıxdıq özümüzü çölə atdıq. Ev yararsız vəziyyətə düşdü, içinə qayıtmaq mümkün deyil. Azərbaycan çox yardımlar etdi. Dağıntılar altındakı insanlar aclıqdan, susuzluqdan, soyuqdan öldülər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir