Şou-Biznes

“Rəzil olaram, meyitimi yerdən götürən tapılmaz” – Serenay Sarıkaya

Sharing is caring!

Məşhur aktrisa Serenay Sarıkaya qatıldığı şou proqramlardan birində verdiyi məzəli və maraqlı açıqlamalarla diqqət çəkib.

Lent.az-ın xəbəriunə görə, aktrisa qadın izləyicilərinin onu sevmədiyini anlasa da, göndərdikləri təhqir dolu məktubları anlamadığını bildirib.

“Qaşın gözəl deyil, gözün gözəl deyil, sənə niyə gözəl deyirlər?” şəklində mesajlar atılır mənə. İstedadımla, aktyorluğumla şöhrət qazanmışam, gözəlliyimlə yox. İçlərindəki kini, nifrəti mənə niyə qusurlar onu anlamadım. Telefonuma baxsanız,bu şəkildə mesajlarla doludur. Mənə belə yazıb özlərini rahatladırlar. Belə bir rahatlama şəkli heç kimdə yoxdur. Bunu tamaşaçılarıma verdiyimə görə məmnunam”, – o, gülərək bildirib.

“Sosial şəbəkə hesablarınız  oğurlansa, orda sizi biabır edəcək çox şey taparlar? Ortalıq çox qarışar?” sualına qəhqəhə çəkən Serenay səmimiyyətlə deyib: “Bəli, ümid edirəm. Belə bir şey heç zaman olmaz. Rəzil olaram, meyitimi yerdən götürən tapılmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir