Cəmiyyət

Bakıda son qanına və malına kimi Türkiyənin yanında olanlar – VİDEO

Sharing is caring!

Azərbaycan xalqının Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardımı davam edir.

Heydər Əliyev adına İdman Konsert Kompleksinə axın edən sakinlər qardaş ölkəyə əllərindən gələn köməyi etməyə çalışdıqlarını deyiblər. Onların arasında kampaniyaya qoşulmaq üçün pensiyasından vəsait ayıran da var, qızının cehizini zərərçəkənlər üçün gətirənlər də.

“Dost yaxşı vaxtda deyil, pis vaxtda bilinir. Biz də türk olduğumuz üçün fəxr edirik ki, bir-birimizə kömək edirik”, – deyə yardım gətirən sakinlərdən biri deyib.

Qeyd edək ki, Daxili Qoşunlarının əməkdaşları xüsusi təlim keçmiş itlər vasitəsilə Türkiyəyə göndərilmək üçün gətirilən bağlamaları təhlükəsizlik məqsədilə yoxlayırlar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir