Cəmiyyət

Türkiyədən təxliyə olunan Sevinc Məmmədova: “18 yaşlı qonşum qaçmaq istəyəndə dağıntı altında qaldı”

Sharing is caring!

“Hələ də qorxu içindəyəm”.

Bunu Oxu.Az-a açıqlamasında Türkiyədən təxliyə olunan Azərbaycan vətəndaşı Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, Vətənə yenidən qayıdacağına inanmırmış:

“Qaziantepdən gəlirəm. İyirmi beş il idi ki, orada yaşayırdım. Orada elə bir şey oldu ki, hələ də gözümün qabağındadır. Bazar günü saat 5-in yarısı evdən çıxdıq və bir daha geri qayıtmadıq. Evimiz çatladı, hər an dağıla bilərdi. Ümid etmirdim ki, ana vətənimə sağ-salamat gələ bilim. Çox sevinirəm. Hələ də qorxu içindəyəm. Yaşadıqlarımızı heç vaxt unutmayacağıq”.

S.Məmmədova qonşularından dağıntı altında qalan olduğunu deyib:

“18 yaşlı qonşum qaçmaq istəyəndə dağıntı altında qaldı, başına uçdu. Orada qohumlarım yoxdur. Ailəm burada yaşayır. Şükürlər olsun ki, Vətənimə qayıtdım”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir