İqtisadiyyat

Müfəttişlər Ağcabədidə istehsal müəssisəsini bağladılar – FOTO

Sharing is caring!


Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, agentliyin müfəttişləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fiziki şəxs Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçiriblər.

Baxış zamanı müəssisədə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə olunub. Müəssisədə texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir