Cəmiyyət

Bacısı xərçəngdən ölən gənc özü də bu xəstəliklə mübarizə aparır: Yardıma ehtiyacımız var – FOTO

Sharing is caring!

Sumqayıtda yaşayan, 1995-cil il təvəllüdlü Orucova Səmiyyə Mahir qızı beynindəki bədxassəli şişdən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun bacısı Orucova Samirə məlumat verib.

O qeyd edib ki, bacısı 2015-ci ildən bu xəstəliklə mübarizə aparır:

“Böyük bacımız Orucova Esmiranı altı ay əvvəl ağciyər xərçəngindən itirdik. Atam isə 2014-cü ildə infarktdan rəhmətə gedib. Bacım hazırda xəstəliyi ilə əlaqədar heç kimi tanımır, çox aqressivdir. Ailə vəziyyətimiz çox ağırdır. Özüm marketdə işləyib ailəmi dolandırmağa çalışıram. Bacımın müalicəsi üçün ümumi 7 000 manat lazımdır. 3 300 manatını yığa bilsək də, geridə qalan 3 700 manatı toplamağa imkanımız çatmır. Beynindəki şiş balacalaşarsa, bacım əməliyyat olunacaq. İmkanlı şəxslərdən bu pulu toplaya bilməyimiz üçün kömək istəyirəm”.

Qeyd edək ki, onkoloji xəstəliklərin müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil deyil. 

Ailə ilə əlaqə: 070 525 62 03

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir