Cəmiyyət

“Qırmızı kitab”a düşən heyvanlar satılır? – FOTO

Sharing is caring!

Kürdəmirin və Hacıqabul rayonlarında yol kənarında qanunsuz ovlanan heyvanlar satılır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, “Qırmızı kitab”a düşən nadir və nəsli kəsilmək təhlükəsi olan heyvanlar ovlanıb və yol kənarında satılır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq həyata keçirilən küçə ticarətinin qarşısının alınması istiqamətində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür və həmin ərazi nəzarətdə saxlanılır:

“Bir neçə vətəndaş müxtəlif vaxtlarda qeyd edilən qayda pozuntusuna yol verdikləri üçün inzibati qaydada məsuliyyətə cəlb olunaraq həmin ərazidən uzaqlaşdırılıblar. Lakin edilən xəbərdarlıqlara baxmayaraq, bir neçə nəfər yenidən adı çəkilən ərazidə küçə ticarəti ilə məşğul olmağa cəhd ediblər.

Dünən keçirilən növbəti reyd zamanı qaydaları pozan daha iki nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir