Cəmiyyət

STM necə işləyir? – “Tədqiqatçı olmaq təkcə bütün sahələr üzrə düşüncə qabiliyyətini formalaşdırmaq deyil”

Sharing is caring!

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanı sevən insanların çalışdığı beyin mərkəzidir. Dörd il ərzində Mərkəzin keçirdiyi sorğular və gördüyü işlər geniş ictimaiyyətə təqdim edildi. Amma həm də Mərkəzdə güclü kadr bazası, Vətənini və dövlətini sevən tədqiqatçıların koordinasiyası var.

Eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, Mərkəzdəki iş birliyi, həmrəylik mühitinin formalaşması birbaşa sədr, millət vəkili Zahid Orucun xarakteri ilə bağlıdır. Məhz bizim sahəmiz olan tədqiqatlar da göstərir ki, rəhbər amili beyin mərkəzlərinin uğurunda vacib faktordur.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 525 nömrəli Fərmanı ilə yaradılıb.

STM – ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tədqiqatların təşkilində peşəkar yanaşma tətbiq olunur. Tədqiqatlar, adətən, ümummilli səviyyədə keçirilir. Bu zaman bütün iqtisadi-coğrafi rayonlara daxil olan ərazilər əhatə olunur.

İndiyədək keçirilən tədqiqatlarda ölkənin müxtəlif şəhərləri, rayonları, qəsəbə və kəndlərindən olan respondentlər iştirak ediblər. Alınan nəticələr əsasında anket blanklarında müvafiq dəyişikliklər edilir.

Müsahibələrin məxfiliyi ciddi şəkildə qorunur, anonimlik təmin edilir.

2022-ci ildə STM tərəfindən bir sıra vacib tədqiqatlar həyata keçirilib.

Daxili siyasətin təhlil departamentinin fəaliyyəti 2022-ci ildə cəmi 146 analitik məhsulda – o cümlədən, bir elmi-analitik jurnal, yeddi analitik hesabat, 73 açıq və qapalı arayış, 41 elmi məqalə, 24 yerli və beynəlxalq elmi konfranslarda məruzə və çıxışlarda əksini tapıb. “Sosial Tədqiqatlar” jurnalının 2-ci sayı çap edilib.

Sosial-iqtisadi təhlil departamenti ölkənin sosial-iqtisadi siyasəti üzrə müxtəlif istiqamətli sorğu və tədqiqatlar əsasında təhlillər, açıq və qapalı arayışlar və eləcə də siyasət təklifləri hazırlayıb. Departamentin fəaliyyətinin nəticələrini ümumiləşdirərək qeyd edə bilərik ki, 2022-ci ildə departament əməkdaşları ümumilikdə 110 analitik təhlil resursu təqdim ediblər ki, onları da aşağıdakı kimi qruplaşdıra bilərik:

1 kitab tərcüməsi;

5 analitik hesabat;

14 qapalı arayış;

5 siyasət təklifi;

2 təhlil sənədi;

2 mövqe sənədi;

3 siyasət tədbirləri sənədi;

11 elmi və populyar məqalə;

6 yerli və beynəlxalq tədbirdə  məruzə;

2 təlim proqramı.

Departament tərəfindən E.Giddens və F.Sattonun “Sosiologiyanın əsas anlayışları” kitabı Azərbaycan dilinə tərcümə edilib. Departament üzrə cəmi beş analitik hesabat, altı sorğu əsaslı tədqiqat layihəsi, bir hesabat icmalı, 14 qapalı arayış sənədi, beş siyasət təklifi, iki təhlil sənədi, üç siyasət tədbirləri sənədi təqdim edilib.

2022-ci il üzrə İctimai rəyin öyrənilməsi departamenti tərəfindən ümumilikdə 16 127 respondentin iştirakı ilə 21 rəy sorğusu (11-i üz-üzə, 10-u telefonla) keçirilib, doqquz icmal sənədi və 20 arayış sənədi, iki analitik təhlil təqdim edilib, iki kitab layihəsi hazırlanıb.

“Koronavirus pandemiyası ictimai rəydə” sorğu layihəsi, “Qisas əməliyyatı” ictimai rəydə” sorğu layihəsi, “Qətiyyətli cavab” əməliyyatı ictimai rəydə” sorğu layihəsi, “Prezidentin fəaliyyəti ictimai rəydə (İnam indeksi) və digər sorğular cəmiyyətin böyük marağına səbəb olub.

2022-ci il ərzində Media və kommunikasiya departamenti tərəfindən Sosial Tədqiqatlar Mərkəzinə məxsus saytın Media bölməsinin press-reliz kateqoriyasında ümumilikdə 40 press-reliz dərc edilib. 2022-ci il ərzində mərkəzin “YouTube” kanalından 36 videoçarx paylaşılıb. Paylaşılan videoçarxlar arasında STM-in Mətbuat Xidmətinin hazırladığı müxtəlif verilişlər də yer alıb. Departament əməkdaşları tərəfindən səkkiz arayış sənədi təqdim olunub, həyata keçirilir, müxtəlif sənədlər hazırlanaraq dövlətə təqdim edilir. Kadr bazasının formalaşdırılması üçün bütün əməkdaşlar koordinasiyalı formada fəaliyyət göstərir. Dövlət üçün önəmli sahələrdə mövcud tendensiyaları müəyyənləşdirmək və rəy sənədləri hazırlamaq üçün bəzən digər qurumlarla qarşılıqlı əməkdaşlıq edilir, təcrübə mübadiləsi aparılır.

Sosial Tədqiqatlar Mərkəzi (STM) və Türkiyənin Üsküdar Universiteti, Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA, USMER (Ulusal Strateji Merkezi), Roskonqress Fondu və başqa nüfuzlu təşkilatlarla beynəlxalq əməkdaşlıq formalaşdırılıb, daha da inkişaf etdirilib.

STM 2023-cü ildə də öz fəaliyyət proqramına uyğun vacib layihələr həyata keçirəcək.

Tədqiqatçı olmaq təkcə bütün sahələr üzrə düşüncə qabiliyyətini formalaşdırmaq deyil, tədqiqatçı olmaq həm də problemlərdən ən aktual çıxış variantlarını təklif etmək bacarığıdır.

Sevindirici haldır ki, Azərbaycanda bu sahədə xeyli inkişaf tendensiyası müşahidə edilir.

Tural İsmayılov, STM-in sektor müdiri, politoloq

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir