Cəmiyyət

Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki baş konsuluna başsağlığı verib

Sharing is caring!

Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, general-leytenant Ə.Əfəndiyev Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib. Azərbaycanın hər zaman dost və qardaş ölkə Türkiyənin yanında olduğunu qeyd edib.

Baş konsul R.Öztop isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir