Cəmiyyət

İdman mərkəzində məşqçilər arasında dava – VİDEO

Sharing is caring!

Ötən gün Balaxanı İdman Mərkəzində məşqçilər arasında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılan video böyük müzakirələrə səbəb olub. 

Mühafizə və polisin olmaması tənqid edilib. 

Məsələ ilə bağlı açıqlama verən Balaxanı İdman Mərkəzinin direktoru Müşfiq Hüseynov danışıb:

“Orada iki məşqçi arasında mübahisə olub. Hadisəni böyütməyə ehtiyac yoxdur. Həmin vaxt orada polis də olub, mühafizə də olub”. 

Qeyd edək ki, ötən ilin noyabr ayında Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib və orada 2006-cı il təvəllüdlü Tural Rüstəmov bıçaqla qətlə yetirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir