Cəmiyyət

Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradıldı – ÖZƏL

Sharing is caring!

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt və operativ qərargah yaradılıb. 

Bu barədə Oxu.Az-a səfirlikdən məlumat verilib. 

Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd edilib ki, artıq zəlzələdə xəsarət alan azərbaycanlıların sayı öyrənilir. 

İctimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir