Cəmiyyət

Zaqatalada məsciddə vəziyyəti pisləşən imam öldü

Sharing is caring!

Zaqatalada məscidin imamı qəfil dünyasını dəyişib.

APA-nın məlumatına görə, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürəktutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir