Cəmiyyət

Bakıda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes-Benz” markalı maşını idarə edən sürücü idarəetməni itirib. İdarəetmədən çıxan maşın eyni istiqamətdə olan “Toyota”ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai” və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir