Cəmiyyət

Vətəndaşların sığorta şəhadətnamələrini onlayn qaydada rahat almaları üçün YENİLİK

Sharing is caring!

İcbari Sığorta Bürosu vətəndaşların sığorta şəhadətnamələrini asanlıqla onlayn almaları üçün daha bir addım atdı. 

Bu barədə Oxu.Az-a İcbari Sığorta Bürosundan məlumat verilib. Bildirilib ki, vətəndaş İcbari Sığorta Bürosunun rəsmi veb-səhifəsinə (https://isb.az/) daxil olmaqla, seçdiyi sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini ala bilər.

Beləliklə, şirkətlərin rəsmi veb-səhifələrində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan onlayn rejimdə rahatlıqla sığorta təminatının əldə edilməsi mümkün hala gətirilib.

Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.

Xatırladırıq ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən, bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyillər.

Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən AR Mərkəzi Bankının “966” qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir