Cəmiyyət

Bakıda yük qatarı 42 yaşlı kişini vurdu

Sharing is caring!

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci kilometrində hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb.

Bu barədə QSC məlumat yayıb.

“Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır”, – QSC-dən əlavə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir