Cəmiyyət

Dövlət xidmətinə yeni mətbuat katibi təyin olundu

Sharing is caring!

Dövlət Miqrasiya Xidmətinə (DMX) yeni mətbuat katibi təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Natəvan Bayramova təyinat alıb.

O, bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən kollektivə təqdim edilib. Natəvan Bayramova bu gündən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, N.Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək “Azərbaycan Dəmir Yolları” QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb. Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir