Dünya

Yakutiyada qorxunc görüntülər: İki işçi qəzəbli ayının pəncəsindən son anda qurtuldu – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Yakutiya vilayətindəki Çayandinski yatağı ərazisində çalışan iki işçi qəzəbli ayı tərəfindən parçalanmaqdan son anda qurtulub.

İşçilərin hər ikisi sağdır, ayı isə çətinliklə uzaqlaşdırılıb və vurulub.

İşçilər şirkətin avtomobilinə qoşulan vaqondan düşərkən qəflətən qonur ayı ilə rastlaşıblar. Ayı kişilərdən birinə hücum edib. Digər kişi bu an yanğınsöndürən balonu götürüb və ayını qovmağa çalışıb, lakin buna nail ola bilməyib. Ayı bu zaman ona hücum edənin üzərinə cumub, işçini yerə yıxaraq parçalamağa çalışıb. Kənardakı işçilərin müdaxiləsindən sonra ayı ərazidən qaçıb. Zərərçəkənlərə yardım göstərilib.

Hadisədən 20 dəqiqə sonra əraziyə ovçu gəlib və ayını vuraraq onu zərərsizləşdirib.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir