Cəmiyyət

Bakıda iki yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Sharing is caring!

Bakının Nəsimi rayonunda bədbəxt hadisə zamanı iki yaşlı körpə ağır xəsarət alıb.

“Report”un məlumatına görə, Mirəli Qaşqay küçəsində yaşayan 2021-ci il təvəllüdlü N.Əliyeva ehtiyatsızlıqdan sağ əlini evdə işlək vəziyyətdə olan elektrik dəzgahına salıb.

Ağır xəsarət alan körpə xəstəxanaya çatdırılıb. Onun əlini dəzgahdan çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qrupu cəlb edilib və Əliyeva N. xilas edilib.

Həkimlərin müayinəsi zamanı ona sağ əlin barmaqlarının çoxsaylı kəsilmiş-didilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir