Cəmiyyət

Bakı-Qazax şosesində mikroavtobus qəzaya uğrayıb: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətində hərəkətdə olarkən minik maşını ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir