Cəmiyyət

Kənd sakini: “Təcili yardım xəstəmiz öləndən sonra gəlir”

Sharing is caring!

Zərdabın Burunlu, Məlikli və Qoruqbağı kəndinin 5 minə yaxın əhalisi illərdir susuzluqdan əziyyət çəkir.

Üç kəndi birləşdirən yolun ümumi uzunluğu 14 kilometrə yaxındır.

Yolun yararsız vəziyyətdə olması sürücüləri çətin vəziyyətdə qoyur. Onların sözlərinə görə, hər dəfə bu yoldan istifadə etdikdən sonra avtomobillərində texniki nazaslıq yaranır və ustaya müraciət etməli olurlar.

“58 yaşım var. Bu yola bir dəfə də asfalt örtüyü vurulduğunu görməmişəm. Gecəyarısı təcili yardım çağırırsan, gəlmir. Demək olar, xəstəmiz öləndə gəlir”, – deyə kənd sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir