Cəmiyyət

Bakıda kişi hər gün iti amansızlıqla döyür – VİDEO

Sharing is caring!

Binəqədi rayonunda kişi hər gün iti vəhşicəsinə döyür.

Bu barədə GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov paylaşım edib. 

O bildirib ki, rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov, döngə 3 ünvanında yaşayan şəxs gün ərzində dəfələrlə iti vəhşicəsinə döyür:

“Bu məlumatı bizə həmin şəxsin qonşuları təqdim ediblər. Qonşular qeyd edirlər ki, iti xüsusi amansızlıqla döyür, hətta bəzən iti başıaşağı asaraq taxta ilə başına-başına vurur. Videogörüntülərdən də bəllidir ki, iti döyən şəxs törətdiyi əməldən zövq alır”.

“Azərbaycan Heyvanlarının Mühafizəsi İctimai Birliyi olaraq tələb edirik ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilsin”, – deyə F.Mansurov əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videodan məlumatlıdırlar:

“Artıq araşdırmalara başlanılıb. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar) maddəsinə əsasən, protokol tərtib olunur.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir