Cəmiyyət

Qubada sürücülər narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanıldılar

Sharing is caring!

Qubada iki nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və “NİVA” markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir