Dünya

Sloveniyada kimyəvi zavodda güclü partlayış: Onlarla insan yaralanıb – VİDEO

Sharing is caring!

Sloveniyada “Melamin” kimyəvi zavodunda güclü partlayış və yanğın baş verib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 20-dən çox adam yaralanıb.

Qeyd olunur ki, partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini sındırıb. Yerli polis 500 metr radiusda yaşayan sakinləri pəncərələri bağlamağa və çölə çıxmamağa çağırıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir