Cəmiyyət

Naxçıvanda Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub, polkovnik-leytenant təqaüdə göndərilib – FOTO

Sharing is caring!

Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Naxçıvan Muxtar Respublikasında daha bir rəis təqaüdə göndərilib.

Bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Gündüz Qədimovdur.

Qeyd edək ki, Gündüz Qədimov bu vəzifəyə son iki il idi təyin olunmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir