Cəmiyyət

FHN Bakı metrosunda təlim keçirəcək

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyi Bakı metrosunda təlim keçirəcək.

Nazirlikdən verilən məlumata görə, bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək.

Qeyd edilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir