Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz – FOTO

Sharing is caring!

8 noyabr (keçmiş Nobel) prospektində bir neçə gündür dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, “Azpetrol” yanacaqdoldurma məntəqəsindən çıxan zaman sürücü məcburi olaraq “NZS qəsəbəsi” adlanan əraziyə doğru istiqamətdəki svetofora qədər gedib oradan geriyə dönə və mərkəz istiqamətində qayıda bilər.

Həmçinin sürücü mərkəzdən gəlib geridönmə etdikdən sonra Ağ şəhər istiqamətinə tərəf gedə bilməz.

Çünki bu istiqamətdə 1.5 qırıq-qırıq xətlər bütöv 1.3 xətləri ilə əvəz olunub. Təqdim etdiyimiz fotodakı qırmızı oxlarla hərəkət etsəniz, siz qaydaları pozmuş olacaqsınız. Buna görə də yaşıl oxlarla işarələnmiş istiqamətlərdə hərəkət etmək lazımdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir