Cəmiyyət

Qazaxda minik maşını aşdı: İki piyada xəsarət aldı

Sharing is caring!

Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Bu zaman aşan minik maşını yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Mikayıl Aslanov və 1998-ci il təvəllüdlü Fərhad Nəsibova dəyib.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir