Cəmiyyət

Tovuzda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alan var – FOTO

Sharing is caring!

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir