Cəmiyyət

Son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb – FOTO

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsi ilə 2022-ci ildə 212,6 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.

2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.

Ötən dövrdə həmin e-xidmət vasitəsilə  600 minə yaxın şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.

Bununla da onların sosial sığorta sistemində iştirakı təmin edilərək fərdi şəxsi hesablarında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamalarına şərait yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir