Təhsil

Əli Nağıyev yüksək bal toplamış kursantlarla görüş keçirmişdir

Sharing is caring!

 

2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilmişdir.

DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik etmiş, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirmişdir. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Pre­zi­den­­­ti, Ali Baş Koman­da­n cə­nab İlham Əli­­yevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirmişdir.

Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət təhlükəsizliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə etmişlər.

Sonra general-leytenant Əli Nağıyev kursantlara hədiyyələr təqdim etmişdir.

Qeyd olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə 2020-2021-ci tədris ili üçün  qəbul imtahanlarında 600 bal və daha yuxarı nəticələr göstərmiş kursantların sayı əvvəlki illərlə müqayisədə üstünlük təşkil etmiş, ən yüksək bal isə 685 olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir