Cəmiyyət

“Qızımı xilas etməyə kömək edin! Bahalı protez sifariş etməliyik…” – Bakı sakinindən ÇAĞIRIŞ + FOTO

Sharing is caring!

12 yaşlı qızı sümük xərçəngindən əziyyət çəkən Bakı şəhər sakini Natalya Panteleyeva Media.Az-a müraciət edərək kömək istəyib.

Onun sözlərinə görə, Bakıdakı 257 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Kseniyanın ayağında bədxassəli şiş var, uşağa osteosarkoma diaqnozu qoyulub.

Uşağın sağalması üçün zəruri olan protezə görə tələb olunan məbləğ tənha ana üçün əlçatmazdır. Qızın anası redaksiyaya bildirib ki, dəhşətli xəstəlik onların ailəsinə qəfil zərbə vurub:

“Hər şey müəllimin mənə zəng edərək qızımı məktəbdən tez götürməyimi xahiş etməsiylə başladı. Kseniya məktəbdə ayaqlarının yorulduğundan şikayətlənib. Bu bir neçə dəfə baş verib. Diqqətlə baxdım və ayağında kiçik ölçüdə bərkimiş yer gördüm. Dərhal uşaq poliklinikasına getdik, orada rentgen çəkdirdilər. Əlavə diaqnostika tələb olundu – ultrasəs və MRT. İlkin olaraq osteosarkoma diaqnozu qoyuldu. Yanvarın 10-da biopsiyanın nəticəsi, təəssüf ki, bunu təsdiqlədi”.

Qızcığaz çoxsaylı kimyaterapiya və cərrahiyyə kurslarından keçməli olacaq. Ancaq Kseniyanın anasını daha çox bahalı protezə pul çatdıra bilməməsi narahat edir.

“Əməliyyat təxminən beş min manata başa gəlir, ancaq bədənlə birlikdə tam ayaq kimi böyüyəcək protezin qiyməti 90-100 min manatdır. O, əməliyyatdan bir ay əvvəl Almaniyada sifariş edilməlidir. Əməliyyat aprel ayına planlaşdırılıb. Bu məbləği toplamaq üçün cəmi iki ayımız var. Mənim üçün bu, sadəcə olaraq əlçatmaz puldur. Bütün qayğıkeş insanlardan Kseniyanın həyatını xilas etməyə kömək etmələrini xahiş edirəm”, – deyə qızın anası göz yaşları içində bildirib.

Biganə olmayan hər kəsi balaca Kseniyanın probleminə laqeyd qalmamağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Yardım kartının nömrəsi: 5522 0993 1364 8453 (ABB)

Natalya Panteleyeva ilə telefonla əlaqə üçün: +994 55 560 89 97

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir