Cəmiyyət

Kəlbəcərin qaytarılması diplomatiyamızın və ordumuzun gücünü sübut etdi

Sharing is caring!

XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Lakin bu, o demək deyildir ki, o böyüklükdə ərazi zəhmətsiz qaytarılıb. Azərbaycan Prezidentinin qətiyyətli, xalqımızın ordunun yanında olması, xalq-iqtidar birliyi, hərbi-taktiki əmçəliyyatlarıımız Ermənistanı çıxılmaz vəziyyətə salıb. Prezident İlham Əliyev çıxışlarından birində bu qələbəni belə xarakterizə etmişdir: “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.                 

      Əlbəttə, bu yolda şəhidlər də verdik, yaralananlarımız da oldu. Biz bütün hallarda qələbələrimiz üçün birinci növbədə müzəffər ordumuzun şəxsi heyətinə minnətdarıq.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

       İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Hazırda Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə quruculuq tədbirləri reallaşdırılır. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək. Cənab Prezident bu cür addımlar atmaqla, ölkəmizin gücünü ortaya qoyaraq, bizimlə istər döyüş, istər iqtisadi, istərsə də diplomatik meydanlarda baş-başa gəlmək istəyən dövlətlərə qüdrətimizi göstərmiş olur.

Vahid Mirzəyev,

Cəlilabad  rayon Mənzil-İstismar Sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir