Cəmiyyət

Naxçıvanın 30 ildir tərpənməyən qatarları – VİDEO

Sharing is caring!

Naxçıvandan Bakıya gedən qatarlar 30 ildən çoxdur hərəkətsizdir.

Belə ki, 1992-ci ildə Bakı-Şərur istiqamətində hərəkət edən sonuncu qatarlar Naxçıvanın blokadasının tamamlanması ilə fəaliyyətini dayandırdı. 1988-ci ildə başlayan hadisələr fonunda ermənilərin qatarlara qarşı törətdiyi vəhşiliklərin izlərini də onların üzərində görmək mümkündür.

“Qış tətilinə gəlirdim. Qatarda danışırdılar ki, bu, qatarın sonuncu gəlişidir, sabah yol bağlanacaq. Mehri stansiyasından keçəndə çox qorxurduq, hər zaman ermənilərin təxribat törədəcəyindən qorxurduq”, – deyə həmin dövrdən danışan Naxçıvan sakini Təranə Əliyeva qeyd edib.

Maşinistlər Zəngəzur istiqamətində qatarların yenidən hərəkət etməsini səbirsizliklə gözləyir. Bunun üçün həyata keçirilən işlər də ümidvericidir. Qatarlar yenidən eyni istiqamət üzrə hərəkətə hazırdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir