İdman

Manenin zədəsini Seneqal şamanları müalicə edəcək

Sharing is caring!

“Bavariya”nın aparıcı yarımmüdafiəçisi Sadio Mane Seneqal yığmasının heyətində dünya çempionatında oynamaya bilər.

Futbolçu vətərini ciddi zədələyib, amma yerli futbol mütəxəssisləri şamanların köməyinə ümid edirlər.

Seneqal millisinin məşqçilər korpusu yarımmüdafiəçinin adını hələ Qətərə səfər üçün müraciət edənlər siyahısından silməsələr də, bir sıra nəşrlər Manenin uzunmüddətli müalicəsi ilə bağlı məlumat yayıb.

Eyni zamanda, həkimlər komanda liderinin bərpasının vaxtı barədə susurlar.

FİFA-nın baş katibi Fatma Samura isə Manenin zədəsi ilə bağlı qeyri-adi fikir səsləndirib: “Bu, üzücü xəbərdir. Amma biz şamanlarımıza müraciət edəcəyik”, – deyə o, bildirib.

“Hər halda biz şamanlara yalvaracağıq. Möcüzəyə ümid edirik, Mane Dünya Çempionatına getməlidir”, – Samura əlavə edib.

Mənbə: smotrim.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir