Cəmiyyət

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb

Sharing is caring!

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir