Cəmiyyət

Məktəblinin öldüyü qəzanın baş verdiyi yolayrıcındakı nişan dəyişdirildi – FOTO

Sharing is caring!

Metronun “Əhmədli” stansiyasının yaxınlığında dəhşətli qəzanın baş verməsi və nəticədə məktəblinin həyatını itirməsi barədə məlumat vermişdik. 

Oxu.Az xatırladır ki, uzun müddət idi həmin kəsişmədə “Giriş qadağandır” nişanı qoyulmuşdu. 

Yolayrıcından öncə asfalt örtüyü üzərində üç hərəkət zolağı üzrə müvafiq olaraq sola, sola və sağa, sağa məcburi hərəkət nişanlarının çəkilməsinə baxmayaraq, avtobuslar düzünə hərəkət edirdilər. 

Yəni ümumi istifadədə olan nəqliyyat vasitələri bir yolayrıcında iki kobud qayda pozuntusu edərək sərnişin daşımağa davam edirdilər. 

Oxu.Az xəbər verir ki, baş vermiş dəhşətli hadisədən sonra yolun sağında quraşdırılmış “Giriş qadağandır” nişanı “Hərəkət qadağandır” nişanı ilə əvəz edilib. 

PhotoStock.az təhlükəli yolayrıcındakı son vəziyyəti lentə alıb.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir