Cəmiyyət

Binəqədidə yanğın baş verib – FOTO/VİDEO

Sharing is caring!

Bakının Binəqədi rayonunda, DSX yolu adlanan ərazidə yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, yanğın fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ ki bəlli deyil.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fərdi yaşayış evində baş vermiş yanğın FHN-in yanğından mühafizə qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir