Cəmiyyət

“Bolt” qarlı havada taksi qiymətlərinin artmasına aydınlıq gətirdi

Sharing is caring!

“Taksi sifarişi xidməti dinamik qiymət prinsipi əsasında fəaliyyət göstərir. Ona görə də tələb və təklif arasında balanssızlıq olduqda taksi sifarişi xidməti pik əmsallardan istifadə edərək qiyməti tənzimləyir”.

Bunu “Bolt” şirkətinin ölkə üzrə meneceri Naim Əzizov Oxu.Az-ın soyuq havada taksi qiymətlərinin iki dəfədən çox qalxma səbəbi ilə bağlı ünvanlandığı sorğuya cavabında deyib.

Qurum rəsmisi qeyd edib ki, tələbin (sərnişinlərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərin sayı) üstələdiyi bir şəraitdə səfərin yekun dəyərinin artması normaldır:

“Tələb və təklif balansı bərpa edildikdə qiymət avtomatik olaraq azalacaq. Əslində, sərnişin səyahətin təxmini dəyərini görə bilər. Amma bəzi hallarda yekun qiymət fərqli də ola bilir. Belə ki, əgər hansısa bir şey, məsələn, pis hava şəraiti, yol təmiri, tıxac və sair avtomobilin hərəkət müddətinin uzanmasına səbəb olarsa, yaxud sərnişin səfər zamanı təyinat yerini dəyişərsə, qiymət də fərqli olar. Ümumiyyətlə, səfərlərin yekun dəyərinin hesablanma düsturu belədir: “(baza dəyəri + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc) vurulsun fors-major hallar”.

Naim Əzizov son olaraq sərnişinlərin xidmətdən razı qalması üçün əllərindən gələn hər şeyi etdiklərini vurğulayıb.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir